Modern.az

İŞİD-cilər çinli və norveçli girovları edam etdilər

 İŞİD-cilər çinli və norveçli girovları edam etdilər

18 Noyabr 2015, 21:14

 

İraq-Şam İslam Dövlətinin (İŞİD) terrorçuları təşkilata vəfasızlıq edən çinli və norveçli girovları güllələyiblər. Modern.az saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, Norveç Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşlarının edamı ilə bağlı təsdiqləyici fakt olmadığını bəyan edib. Çin hakimiyyəti və “Sinxua” dövlət agentliyi terrorçuların bəyanatına reaksiya verməyib.

Sentyabrın 9-da xəbər verilib ki, 48 yaşlı Oslo sakini Ole Yohan Qrimsqaar-Ofstadı və 50 yaşlı pekinli Fan Tsinxueyi yaraqlılar “satışa” çıxarıblar. Norveçin baş naziri Erna Solberq o zaman bəyan edib ki, krallıq öz vətəndaşını pulla almağı planlaşdırmır.

Çin hakimiyyətinin bəyatında isə qeyd edilirdi ki, bu ölkənin vətəndaşını yaraqlılar həqiqətən oğurlaya bilərlər, ancaq konkret olaraq təsdiqlənməyib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi