Noyabrın 17-də prezident Rəcəb Tayyib Ərdoğanın 64-ci hökuməti qurmağı tapşırdığı baş nazir Əhməd Davudoğlu, hökumətin tərkibini yavaş-yavaş aydınlaşdırarkən Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrliyinə namizədi də müəyyən edilib. Modern.az saytının Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, AKP-nin noyabrın 22-də keçiriləcək Məclisin iclasında keçiriləcək başqanlıq seçkisinə İsmaıl Kahramanla girəcək.
Qərar bu gün keçirilən və axşamüstü sona çatan AKP-nin MYK iclasında qəbul olunub. Partiya rəhbərliyinə ürəklərindəki namizədlərini verən Davudoğlu, İsmaıl Kahramanın adının ön plana çıxması nəticəsində son qərarını verib.
İsmaıl Kahraman noyabr 1-də keçirilən təkrar seçkilərə AKP-nin İstanbul 1-ci Bölgəsindən 1-ci sıradan namizədi olaraq girib. İyunun 7-də keçirilən seçkilərindən sonra TBMM başqanlığına AKP ətraf mühit və şəhərsalma naziri İdris Güllüce namizəd göstərib və o seçilmişdi. Güllüce noyabrın 1-dəki seçkilərdə namizəd göstərilməyib.
Modern.az