Modern.az

Suriya üzrə növbəti görüş Parisdə keçiriləcək

 Suriya üzrə növbəti görüş Parisdə keçiriləcək

19 Noyabr 2015, 00:09

 

Suriya üzrə beynəlxalq qrupun görüşü dekabrın sonu və yaxud yanvarın əvvəlində Parisdə keçiriləcək. Modern.az saytı RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Boqdanov bəyan edib.

“Vyana razılaşmalarına uyğun olaraq, Suriyada münaqişənin nizamlanması üzrə görüş təxminən bir ay sonra, yəni dekabrın sonu və yaxud yanvarın əvvəlində Parisdə keçiriləcək”, deyə S.Boqdanov bildirib.

Onun sözlərinə görə, görüş iştirakçılarının tərkibində dəyişiklik gözlənilmir: “Görüşdə rəsmi Dəməşqin iştirakı nəzərdə tutulmayıb”.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi