Modern.az

Suriyada atəşkəs qərarı verildi

Suriyada atəşkəs qərarı verildi

19 Noyabr 2015, 10:07



Modern.az
xarici mətbuata istinadən xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, Suriyanın paytaxtı Dəməşqdə müxaliflərin nəzarətində olan Şərq Quda rayonunda müxaliflərlə Əsəd qüvvələri arasında 15 günlük atəşkəs təmin olunub.

Atəşkəsin səhər saat 06.00-da başlayacağını qeyd edən mənbələr, atəşkəsin davam etdirilməsi halında yaxın zamanda bölgəyə humanitar yardımların ediləyini vurğulayıb. Qeyd edək ki, 3 ildən bu yana blokada altında saxlanılan Şərqi Quda bölgəsinə humanitar yardımın girişinə icazə verilmirdi.

Emil Rasim
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi