Modern.az

Birləşmiş Ərəb Əmirliklərinin parlamentinə ilk qadın sədr seçildi

Birləşmiş Ərəb Əmirliklərinin parlamentinə ilk qadın sədr seçildi

19 Noyabr 2015, 10:28


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) parlament sədrliyinə keçirilən səsvermədə qadın namizəd Əməl əl-Kubeysin qalib gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Federal Milli Məclisin 16-ci dövr açılış sessiyasında keçirilən Məclis rəhbərliyi seçkisini yeganə qadın namizəd olan Əməl əl-Kubeysi qazanıb. Beləliklə, o,  BƏƏ-nin ilk qadın məclis sədri olub.

BƏƏ universitetinin Mühəndis-memarlıq fakültəsindən 1993-cü ildə məzun olan Kubeysi, İngiltərədə eyni sahədə doktorluq təhsilini tamamlayıb. BƏƏ universitetində bir müddət baş müəllim kimi çalışan qadın 2011-ci ildə parlamentə daxil olaraq Məclis sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Ağa Akifoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi