ABŞ rəhbərliyi IŞİD terror təşkilatı liderlərindən olan Əbu Məhəmməd Əl-Şimalinin yaxalanmasına kömək edənlərə milyonlarla dollar mükafat verəcəyini vəd edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi "Ədalət üçün mükafat" proqramı çərçivəsində IŞİD üçün xarici döyüşçülərin Suriyaya çatımı məsələsində mühüm rol oynayan Məhəmməd Əl-Şimalinin tutulmasına yardım edənlərə 5 milyon dollar mükafat veriləcəyini söyləyib.
İŞİD liderinin 2005-ci ildən etibarən Əl-Qaidə və daha sonra da IŞİD terror təşkilatı üçün işlədiyi bildirilir.
Nazirlik Məhəmməd Əl-Şimalinin Türkiyə və Suriyanın Cerablus şəhəri vasitəsilə xarici döyüşçüləri nəqliyyatla təmin etdiyini qeyd edib.
Qeyd edək ki, Diplomatik Təhlükəsizlik Bürosu "Ədalət üçün mükafat " proqramı çərçivəsində 1984-cü ildən indiyədək 80 nəfərə 125 milyon dollar ödəniş edib.
Vüsalə Qəzənfərqızı