Modern.az

Baş nazirin təyyarəsindən kral ailəsi də istifadə edəcək

Baş nazirin təyyarəsindən kral ailəsi də istifadə edəcək

19 Noyabr 2015, 15:56


Böyük Britaniyanın baş naziri Devid Kemeron xaricə edəcəyi rəsmi səfərlər üçün təyyarə ilə təmin olunacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, təyyarədən Kemeronla yanaşı, kral ailəsinin üzvləri və nazirlər də istifadə edəcəklər.

Rəsmi məlumatda bildirilir ki, vergi ödəyicilərinin xərclərini azaltmaq məqsədi daşıyan plan Britaniya Krallığının Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarənin bu məqsədlə ayrılmasını nəzərdə tutur.

Hazırda hökumət nümayəndələri xaricə səfər etmək üçün 1 saatı 6,7 min funt sterlinq olan çarter reyslərindən istifadə edirlər. Təcili səfərlər zamanı isə bu qiymətlər 1 saat üçün 100 min funta sterlinqə çatır.

Baş nazirin istifadəsinə veriləcək 291 yerlik Airbus A330-200 təyyarəsinin yerindən qurulmasına 10 milyon funt sterlinqin xərclənməsi nəzərə tutulur.

Təyyarə barədə ətraflı məlumat gələn həftə keçiriləcək mətbuat konfransında veriləcək.   

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi