Modern.az

Qaydasız döyüş üzrə tələbə-idmançımız Moldovada yarışacaq

Qaydasız döyüş üzrə tələbə-idmançımız Moldovada  yarışacaq

Təhsil

19 Noyabr 2015, 17:24


Azərbaycan milli yığmasının üzvü Ümid Məmmədzadə “MMA” versiyasında qaydasız döyüş üzrə keçiriləcək dünya çempionatında iştirak etmək üçün Moldovaya yola düşüb. Modern.az xəbər verir ki, idman ustası olan Ümid Məmmədzadə Azərbaycan Milli yığmasının tərkibində qaydasız döyüşlə yanaşı, kikboksinq idman növü üzrə də professional səviyyədə çalışır.

  Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan idmançı indiyədək  qaydasız döyüş üzrə ikiqat dünya çempionu, kikboksinq üzrə üçqat respublika çempionu, ikiqat Bakı çempionu, Qafqaz çempionu, “WAKO” versiyası üzrə Avropa çempionu və digər titulları qazanıb. Ümid Məmmədzadə “MMA” versiyası üzrə dünya çempionu adını qazanmaq üçün əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi altında hazırlaşıb.

Ümid Məmmədzadə bildirib ki, sabah Moldovada beynəlxalq arenaya çıxacaq və digər yarışlardakı kimi qalib gəlib Azərbaycan bayrağını qaldıracaq: “İndiyə qədər qazandığım sonsuz uğurlarımın sirri  fasiləsiz məşqlərimdir və hər zaman  zəhmətimin bəhrəsini görmüşəm. Bu yarışda da uğur qazanacağıma inanıram. Digər yarışlarımdakı kimi birinci olub bayrağımızı qaldırıb,  himnimizi səsləndirmək istəyirəm”.   

Noyabrın 20-də baş tutacaq beynəlxalq yarışı “Boeç TV”də canlı izləmək mümkün olacaq .  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi