Modern.az

Deputatlar nazirlərdən niyə qorxurlar?

Deputatlar nazirlərdən niyə qorxurlar?

19 Noyabr 2015, 17:54

Dünyanın əksər ölkələrində nazirlər deputatlarla hesablaşır. Bizdə isə tamam başqa vəziyyətdir. Azərbaycanda deputat az qala nazirdən qorxur.

Əslində, xalq tərəfindən seçilən deputat nazirdən xeyli üstündür.

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Modern.az saytına açıqlamasında nazir-deputat münasibətlərinin  daha çox insanların şəxsiyyətindən asılı məsələ olduğunu qeyd edib. O bildirib ki, bu, hər kəsin özünə, şəxsiyyətinə hörmətindən və cəmiyyətdə tutduğu mövqedən asılıdır.

“Elə adam var ki, nə millət vəkili, nə nazirdir, amma cəmiyyətdə onun çəkisi hər ikisindən artıqdır.
Vəzifə insanı dəyərləndirmir, insan vəzifəni dəyərləndirir. Ona görə o məsələlər şəxsi keyfiyyətlərdən asılıdır. Münasibətlərin nə dərəcə saf və təmiz olmasında da asılıdır”.

Bu gün məmurların böyük hissəsində qudurğanlığın əmələ gəldiyini deyən S.Rütəmxanlının sözlərinə görə, onlar deputatların telefonlarına cavab verirmsə, o zaman siravi vətəndaşlar nələr çəkir, bunun şərhinə ehtiyac yoxdu.

“Adamlar aylarla qapılarda, qəbul otaqlarında əziyyət çəkirlər. Bu, cəmiyyətin ümumi bəlasıdır. Məsələ məmurların səviyyəsindən, öz kürsüsünə, daşıdığı vəzifəyə və dövlətinə münasibətindən asılıdır”. 

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama