Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 25-də Türkiyəyə səfər edəcək.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, rusiyalı nazir İstanbulda sayca 5-ci dəfə keçiriləcək Rusiya-Türkiyə Strateji Planlaşdırma Qrupunun iclasında çıxış edəcək.Bundan başqa, Lavrov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə Suriya böhranını, Liviyadakı mövcud situasiyanı və Kipr münaqişəsini müzakirə edəcək.
Tərəflər terrorizmlə ortaq mübarizəyə xüsusi diqqət ayıracaqlar.
Vüqar İsmayılov