Modern.az

İŞİD-in üç səhra komandiri məhv edilib

 İŞİD-in üç səhra komandiri məhv edilib

19 Noyabr 2015, 22:32

 

Rusiya Silahlı Qüvvələrinin baş qərargahı hava hücumları zamanı məhv edilən İraq-Şam İslam Dövlətinin (İŞİD) səhra komandirinin adlarını açıqlayıb. Modern.az saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, İŞİD yaraqlıları da Hələb əyalətində Rusiya aviasiyasının zərbələri nəticəsində səhra komandirlərinin itkilərini təsdiqləyiblər. Bunlar Abu Nurlbaqasi, Məhəmməd ibn Hayrat və Əl-Okabadır.

Bundan əlavə, İdlib əyalətindəki terror qruplaşması liderlərinin bəyanatına görə, Cuzef yaşayış məntəqəsinə Rusiyanın raket zərbələri endirməsindən sonra yaraqlılar böyük itki veriblər.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi