Modern.az

“Qalatasaray” Mustafa Dənizli ilə anlaşdı

  “Qalatasaray” Mustafa Dənizli ilə anlaşdı

19 Noyabr 2015, 23:23

 

“Qalatasaray”ın rəhbərliyi Mustafa Dənizli ilə görüşüb və usta baş məşqçi ilə 1,5 sezonluk razılıq əldə olunub.  Modern.az Türkiyə mediasına istinadən bildirir ki,  “Qalatasaray” rəhbərliyinin anlaşmaya vardığı təcrübəli məşqçi Mustafa Dənizlinin karyerası uğurlarla doludur.

1987-88-ci il mövsümündə “Qalatasaray”la çempion yaşayan Dənizli 1988-1989-cu il mövsümündə isə o zamankı adı ilə Çempion Klublar Kubokunda “cim-bomu” yarımfinal oynadaraq Türkiyə futbol tarixinin ən böyük nailiyyətlərindən birini əldə edib.

Təcrübəli məşqçi karyerasının davamında 2000-2001-ci il mövsümündə “Fənərbaxça” ilə, 2008-2009-cu il mövsümündə isə “Beşiktaş”la çempionlar yaşayaraq, üç böyük klubla çempionluq yaşayan ilk və yeganə baş məşqçi kimi tarixə düşüb.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi