Modern.az

İŞİD kimyəvi silah istehsalına başladı

 İŞİD kimyəvi silah istehsalına başladı

20 Noyabr 2015, 00:03

 

İŞİD kimyəvi silah istehsalına başladı. Modern.az axar.az-a istinadən xəbər verir ki, İŞİD terror qruplaşması kimyəvi silah istehsal etmək məqsədilə hərbi mütəxəssislərdən ibarət xüsusi qurum yaradıb.

Bildirilib ki, sözügedən qurumda İraq və Suriyadan olan kimyəvi silah istehsal edən mütəxəssislər çalışır. O cümlədən, İraqın sabiq lideri Səddam Hüseynin dövründə bu sahədə çalışmış şəxslər də İŞİD-ə yardımçı olur.  

Qeyd olunur ki, ABŞ kəşfiyyatı terrorçuların kimyəvi silahlardan istifadə etdiyini bilsə də, onların yeni texnologiyalarından xəbərsizdir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi