Modern.az

Son 10 ildə 1042 media işçisi peşə fəaliyyətinə görə ölüb

Son 10 ildə 1042 media işçisi peşə fəaliyyətinə görə ölüb

Media

20 Noyabr 2015, 12:44



Jurnalistlərin cinayət motivli təqib və təzyiqlərə  məruz qalması, peşə fəaliyyətlərinə görə həyatlarını itirməsi, həmçinin, jurnalistləri hədəf seçənlərin çox vaxt cəzasız qalmasına etiraz olaraq hər il  noyabrın 23-də keçirilən “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kampaniyası bu il daha möhtəşəm şəkildə qeyd ediləcək.  
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, ötən illərdə jurnalist təşkilatları səviyyəsində simvolik olaraq qeyd edilən kampaniyaya bu il beynəlxalq dövlətlərarası təşkilatların da dəstək verəcəyi gözlənilir:

“Jurnalistlərin təqib və təzyiqlərə məruz qalmaları, hətta fəaliyyətlərinə görə həyatlarını itirmələri yönündə faktlar sürətlə çoxalır. 90-cı illərdən etibarən intensiv şəkil alan bu proses son illərdə daha da genişlənib. Prosesin qarşısını almaq üçün 2006-cı ildə BMT Təhlükəsizlik Şurası 1738 nömrəli xüsusi bəyannamə qəbul edib.  Bu bəyannamə  jurnalist təhlükəsziliyinə təminat verilməsini dünya dövlətləri qarşısında bir tələb kimi qoyub. Bəyannamədə, həmçinin, YUNESKO, ATƏT, Avropa Şurası kimi beynəlxalq dövlətlərarası təşkilatlarajurnalist təhlükəsizliyi mövzusunu xüsusi diqqətdə saxlamaq üçün  çağırışı əks edilib. BJF bu il həmin  beynəlxalq dövlətlərarası təşkilatlara müraciət edərək, kampaniyaya dəstək vermələrini istəyib”.

Beynəlxalq jurnalist təşkilatlarının hesablamalarına görə, 2005-ci ildən bu günə qədər, son 10 ildə 1042 nəfər media təmsilçisi peşə fəaliyyətinə görə həyatını itirib. Bunlardan 797 nəfəri jurnalist,  92 nəfəri media təşkilatlarında çalışan şəxs,  153 nəfər isə “vətəndaş jurnalistikası”nın təmsilçiləridirlər. “Beynəlxalq təşkilatlar 1990-cı ildən sonra, son 25 ildə  peşə fəaliyyətinə görə həyatını itirmiş jurnalistlərin də statistikasını hazırlamağa çalışırlar. Siyahı tamamlanmasa da, ilkin hesablamalara  görə, burada 2500  nəfərdən çox şəxsin adı yer tutur.

JuHİ sədri bildirib ki, 2005-ci ildən sonrakı dövrü əhatə edən və qatilləri cəzasız qalmış mərhum jurnalistlərə həsr edilən  siyahıda “Monitor” jurnalının baş redaktoru   Elmar Hüseynov və yazıçı- publisist  Rafiq Tağının  adları da  yer tutur. Azərbycan hüquq mühafizə orqanları bu qətllərin icraçılarının xarici ölkələrdə gizləndikləri üçün tutulub cəzalandırılmalarının mümkünsüz olduğunu bəyan ediblər.  JuHİ əmin olduğunu bildirir ki, Azərbycan hüquq mühafizə orqanları ötən illər ərzində bu prosesi daim diqqət mərkəzində  saxlamış, cinayətkarların tapılıb cəzalandırılması üçün  səylərini durdurmamışlar.

Məlumat üçün bildirək ki, 23 noyabrın “Cəzasızlığa Qarşı Beynəlxalq Gün”  kimi qeyd edilməsi təşəbbüsü  Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ)  Asiya-Sakit Okeanı bölgəsi  üzrə regional qrumunun  təklifi əsasında  İFEX-in 2011-ci ildə Beyrutda keçirilmiş sonuncu Baş Toplantısında  qəbul edilib.  Bu təqvim  2009-cu ilin noyabrında Filippində 32 jurnalistin və bir o qədər də mülki insanın  həyatına son qoymuş  Maqindanao qətliamının (Maguindano massacre) ikinci ildönümünü  qeyd etmək üçün seçilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi