Modern.az

2016-cı il qırmızı meymun ili olacaq

2016-cı il qırmızı meymun ili olacaq

20 Noyabr 2015, 13:46

Qarşıdan gələn 2016-cı il Çin təqviminə görə, qırmızı meymun üstündə təhvil olacaq. Modern.az saytı bildirir ki, təqvimə əsasən, fevralın 7-dən 8-nə keçən gecə daxil olacaq “meymun ili” 2017-ci ilin 27 yanvar tarixinə kimi davam edəcək.

2016-cı ilin əsas ünsürü isə od olacaq.

Astroloqların proqnozuna görə, “Meymun ili” maraqlı, şən və dinamik keçəcək. Amma bununla yanaşı, 2016-cı ilin qeyri-stabil keçəcəyi və insanların planlarının tez-tez pozulacağı da ehtimal olunur.

Xüsusən, biznes sahəsində ciddi risklərin olacağı və yalnız ağır əmək hesabına uğur qazanmağın mümkünlüyü bildirilir.   

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi