Modern.az

“İşsizlərə pul verilməsi cəmiyyət üçün çox vacibdir”

“İşsizlərə pul verilməsi cəmiyyət üçün çox vacibdir”

İqtisadiyyat

20 Noyabr 2015, 13:57


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizliyə görə sosial sığorta pulunun təyin olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Bu sənəd “Məşğulluq haqqında” qanundan fərqli olaraq işlədiyi müddətdə maaşından sosial müdafiə fonduna sosial sığorta ödənişləri edən insanlara aid ediləcək.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib: “Bu qanun layihəsi cəmiyyət üçün aktual modellərdən biridir və onun üzərində ciddi çalışmaq lazımdır. Həmin sənədə əsasən, işlədiyi müddətdə Sosial Müdafiə Fonduna sosial sığorta ödənişləri edən hər bir vətəndaş işləmədiyi zaman bir növ özünü sığortalamış olacaq ”.

Musa Quliyev qanun layihəsinin daha ünvanlı xarakter daşıyacağını və dövlət büdcəsinə də yük olmayacağını bildirib:

“Düşünürəm ki, bu, olduqca aktual olan bir məsələdir. Qanun insanların bir növ gələcəyini sığortalayacaq və hər kəsə şamil olunacaq. Həmin sənədin qəbulu və həyata keçirilməsi dövlət büdcəsinə də təsirsiz ötüşməyəcək. Öncədən bununla bağlı hər hansı bir proqnoz vermək çətindir, qanun layihəsi Milli Məclisə gəldikdən sonra bu haqda daha ətraflı müzakirələr aparılacaq”.

Vüsalə Qəzənfərqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama