Modern.az

Rusiya prokurorluğunun tanınmış generalı ölüm ayağındadır

Rusiya prokurorluğunun tanınmış generalı ölüm ayağındadır

20 Noyabr 2015, 15:56


Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin ağır zədə alıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, general-mayorun aldığı xəsarət xidməti fəaliyyəti ilə bağlı olmayıb.

Onun hazırda Moskva klinikalarından birinin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

58 yaşlı Vladimir Markin daha çox Rusiya İstintaq Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi televiziya qarşısında verdiyi açıqlamalarla məşhurdur.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi