Noyabrın 20-də Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissənin müasir tələblərə cavab verən yeni əsgər yataqxanası istifadəyə verilib.
Modern.az xəbər verir ki, müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Fuad Məmmədov Baş İdarənin tabeliyində olan hərbi hissədə əsgər yataqxanasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edib.
Mərasimdə qeyd edilib ki, Silahlı Qüvvələrimizdə maddi-texniki təminat problemlərinin aradan qaldırılması, ayrı-ayrı qoşun növlərində hərbi qulluqçuların xidmət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edənlər şəxsi heyətə göstərilən diqqətə görə hərbi qulluqçular adından adından dövlətimizin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Yeni və müasir yataqxanada ideoloji sinif, silah, dəftərxana, məişət otaqları, şəxsi heyətin əşyalarının saxlanması üçün anbar və digər obyektlər əsgərlərin ixtiyarına verilib.
Modern.az