Modern.az

Göygöldəki qəzada ölən var

Göygöldəki qəzada ölən var

21 Noyabr 2015, 09:20


Fövqəladə Hallar Nazirliyi noyabrın 20-də Göygöldə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Göygöl rayonunda, "VAZ" markalı minik avtomobilinin "Kamaz" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Nəticədə, minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib. Gəncə Regional Mərkəzinin xilasediciləri 1979-cu il təvəllüdlü Quliyev Qeymət Məhəmməd oğlunun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. 

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi