Modern.az

Kənd Təsərrüfatı təyinatlı torpaqların istifadəsində qanunsuzluqlar var

Kənd Təsərrüfatı təyinatlı torpaqların istifadəsində qanunsuzluqlar var

İqtisadiyyat

24 Noyabr 2015, 12:55



Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestri Xidmətində “Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar” mövzusunda işgüzar Forum keçirilib.

Modern.az xəbər verir ki, forumda məqsəd torpaq münasibətlərinin tənzimlənməsində Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi “bir pəncərə” prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq olub.

Forumda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin rəis müavini Rafiq Cəlilov bu il Bakının rayonlarında və digər bölgələrdə həyata keçirilən kütləvi çıxarış verilməsinin davam etdiriləcəyini bildirib.

Tədbirdə Komitənin Aparatı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın şəhər və rayon bələdiyyəsinin sədrləri iştirak ediblər.

 Həmçinin forumda çıxış edən digər dövlət rəsmiləri də bu sahədə indiyə qədər və bu il əldə olunan nəticələrdən danışıblar. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Şöbəsinin müdiri Mehdi Səlimzadə bildirib ki, yaxşı son 5 ildə müşahidə olunan və aşkar olunan qanun pozuntuları içərisində Kənd Təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi, onların qeyri-qanuni təyinatlar üzrə istifadəsi ortaya çıxarılıb. O qeyd edib ki, bu kimi hallar daha çox əkin təyinatlı sahələrin qanunsuz hasarlanması, oralarda tikinti işəhərinin aparılması formasında aşkarlanıb.

Mehdi Səlimzadə həmçinin bildirib ki:  “Bu gün bələdiyyələrin özlərinin binalarını olmaması məsələsini dəfələrlə qaldırmışıq .Lakin bu məsələ hələ öz həllini tapmır” . 

Ağa Akifoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama