Beşinci çağırış Milli Məclis bu gün ilk iclasına toplaşıb. Modern.az saytı Oqtay Əsədovun yenidən Milli Məclis sədri seçildiyi barədə artıq xəbər verib.
Beşinci çağırış Milli Məclisin ilk iclasında parlamentin 4 yeni komitəsi yaradılıb:
Səhiyyə; Ailə, qadın, uşaq məsələləri; Gənclər və idman; İctimai birliklər və dini qurumlar.
Qeyd edək ki, indiyədək Milli Məclisdə aşağıdakı 11 komitəsi fəaliyyət göstərirdi :
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi
Təhlükəsizlik və Müdafiə Komitəsi
İqtisadi Siyasət Komitəsi
Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsi
Aqrar Siyasət Komitəsi
Sosial Siyasət Komitəsi
Regional Məsələlər Komitəsi
Elm və Təhsil Komitəsi
Mədəniyyət Komitəsi
Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi
İnsan Hüquqları Komitəsi.
Modern.az