Modern.az saytı xəbər verir ki, bu gün beşinci çağırış Milli Məclisdə komitə sədrləri də seçilib.
Səsvermə nəticəsində komitə sədrləri aşağıdakı deputatlar olub:
1. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi - Əli Hüseynli;
2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Ziyafət Əsgərov;
3. Elm və təhsil komitəsi - İsa Həbibbəyli;
4. Mədəniyyət komitəsi - Rafael Hüseynov;
5. İnsan hüquqları komitəsi - Bahar Muradova;
6. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov;
7. Əmək və sosial siyasət komitəsi - Hadı Rəcəbli;
8. Səhiyyə komitəsi - Əhliman Əmiraslanov;
9. Gənclər və idman komitəsi - Fuad Muradov;
10. Ailə qadın və uşaq məsələləri üzrə komitəsi - Aqiyə Naxçıvanlı;
11. İctimai birliklər və dini qurumlar komitəsi - Siyavuş Novruzov;
12. Aqrar siyasət komitəsi - Eldar İbrahimov;
13. Regional məsələlər komitəsi - Arif Rəhimzadə;
14. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Ziyad Səmədzadə;
15. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Valeh Ələsgərov.
Bununla da beşinci çağırış Milli Məclisin birinci iş günü başa çatıb.
Modern.az