Modern.az

Sumqayıtda qətl - Tələbə qız ev sahibəsini bıçaqlayıb

 Sumqayıtda qətl    - Tələbə qız ev sahibəsini bıçaqlayıb

25 Noyabr 2015, 00:07

 

Sumqayıtda dəhşətli qətl hadisəsi baş verib. Modern.az saytı haqqin.az-a istinadən xəbər verir ki, 9-cu mikrorayonda 1940-cı il təvəllüdlü Nəcəfova Səmayə Firudin qızı öz evində qətlə yetirilib.  

 Yaşlı qadına başından bir neçə bıçaq zərbələri endirilib.

Cinayətdə şübhəli bilinən Oğuz rayon sakini 21 yaşlı Şərqiyyə Ramazanova saxlanılıb. Gənc qız özü polisə zəng vuraraq etiraf edib.  

Məlumata əsasən, Şərqiyyə Ramazanova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. O Səmayə Nəcəfovaya məxsus evdə kirayə qalırmış. 

Sumqayıt şəhər Prokurorluğunun məlumatına görə, cinayətin motivi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi