Modern.az

Bu Rusiya üçün yaxşı perspektiv vəd etmir

 Bu Rusiya üçün yaxşı perspektiv vəd etmir

25 Noyabr 2015, 00:20

 

“Turkiyənin hava ərazisini müdafiə hüququna və türkmənlərə, bütövlükdə türklərə sahib çıxmaq haqqına hörmətlə yanaşılmalıdır. Odur ki, dünyanın 8-ci güclü ordusuna malik olan Türkiyənin sərhədlərini dəfələrlə pozan rus təyyarəsini xəbərdarlıq edərək aşağı salmaqla bağlı hərəkəti gözlənilən idi”. Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu öz feysbuk səhifəsində bildirib.

Iqtisadçının sözlərinə görə,  anti-türk mövqeyində olan rusların Türkiyəni qazla şantaj etməsi, rus turistlərini Turkiyədən geri çəkməklə bağlı çağırışları Türkiyə ilə yanaşı Rusiya iqtisadiyyatına da mənfi təsir göstərə bilər: "Türkiyə ilə başlanacaq ticari müharibə iqtisadiyyatı ildən ilə kiçilən, sanksiyalardan və neft qiymətlərinin uculaşmasından gündən-günə zəifləyən Rusiya üçün də yaxşı perspektiv vəd etmir. Məlumat üçün qeyd edim ki, Rusiya Türkiyənin Almaniyadan sonra ikinci tiracət ortağıdır.2014-cü ildə Turkiyənin Rusiyadan idxalatı 25 milyard, ixraxatı isə 6 milyard dollar olub. Ötən il 4,5 milyon nəfər, bu ilin ilk 8 ayında isə 2,78 milyon nəfər rus turisti Türkiyəni ziyarət edib".  

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi