Modern.az

Ramin Quluzadə rabitə nazirinin vəzifəsini icra edəcək - Rəsmi AÇIQLAMA

Ramin Quluzadə rabitə nazirinin vəzifəsini icra edəcək - Rəsmi AÇIQLAMA

25 Noyabr 2015, 14:02


Rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini müvəqqəti olaraq Ramin Quluzadə yerinə yetirir. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, nazirin birinci müavini təyin edilən Ramin Quluzadənin iştirakı ilə iclas keçirilib və onun nazirlik işçiləri ilə tanışlığı olub.

Nazirin əvvəlki birinci müavini olmuş İltimas Məmmədov isə bundan sonra müavin kimi öz fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən çıxarıldıqdan sonra nazirin birinci müavini olan İltimas Məmmədov nazir vəzifəsini müvəqqəti icra edirdi.

Rabitə və yüksək texnologiyalar nazirinin yeni birinci müavini Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi