Modern.az

Moskvada yeni doğulan qıza Suriya adı verdilər

Moskvada yeni doğulan qıza Suriya adı verdilər

Dünya

25 Noyabr 2015, 14:11

Rusiya paytaxtında noyabr ayında anadan olan körpə qıza Suriya adı qoyulub. Modern.az Rusiya mediasına istinadən bildirir ki, paytaxtın rayonlarının birinin VVAQ idarəsindən verilən məlumata görə, noyabr ayının üçüncü ongünlüyündə Moskvada yeni Suriya adı yaranıb.

Yeni doğulan körpənin atasının hazırda məhz həmin Yaxın Şərq ölkəsində xidməti ezamiyyətdə olduğu bildirilir.

Digər məlumata görə, coğrafi məkan adı Moskvada ilk dəfə uşaqlara verilmir. Məsələn, Rusiya paytaxtında iki Rusiya doğulub. Bundan əlavə, yeni doğulan körpələrə Vizantiya, Hindistan, Russiana, Çelsi, Maksim-Moskva, Nikolay-Nikita-Nil, Arxip-Ural, Sevastopol və Monino-Nikita adları da qoyulub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi