Fransa prezidenti Fransua Olland ekstremistlərin Avropaya axınının qarşısını almaqdan ötrü Türkiyə ilə Suriya arasındakı sərhədin tamamilə bağlanmasını təklif edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Fransanın lideri Avropa İttifaqı üçün ciddi baş bəlasına çevrilən miqrant probleminə də toxunub.