İstanbuldan Bakıya olan təyyarə uçuşları iki günlük təxirə salınıb.
Modern.az xəbər verir ki, Türk Hava Yolları bu gün və sabah İstanbulun “Atatürk” hava limanından Heydər Əliyev adına beynəlxalq hava limanına olan uçuşları təxirə salıb. Buna səbəb isə “Atatürk” hava limanında gözlənilən küləkli və qatı dumanlı hava şəraitinin olması göstərilib.
Pis hava şəraiti ilə əlaqədar ümumilikdə 56 ölkədaxili və xarici aviareys təxirə salınıb.
Aytən ZƏHRA