Modern.az

Sumqayıtda Doğum evinin baş həkimi işdən çıxarıldı

Sumqayıtda Doğum evinin baş həkimi işdən çıxarıldı

25 Noyabr 2015, 15:56

Səhiyyə Nazirliyi vaxtaşırı olaraq bütün tibb müəssisələrində monitorinq aparır. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əgər qaydalara uyğun olmayan və hansısa şikayət əsasında muraciət daxil olursa, o zaman da yoxlama aparılır.

“Daxil olan müraciətdə qeyd edilənlər öz əksini tapırsa, müvafiq qaydada tədbir görülür. Sumqayıt şəhər 2 saylı Doğum evinə dair daxil olan şikayətlər araşdırılıb və vətəndaş şikayəti əsasında daxil olan şikayətlər aradan qaldırılıb. 2 saylı Doğum evinin baş həkimi İmmi Ələkbərova öz xahişi ilə tutduğu vəzifədən azad edilib”.

Onun yerinə təyinat olmayıb.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi