Modern.az

Ermənilər Bakıda verdiyi sözü tutan avstraliyalı deputata qarşı hücuma keçib

Ermənilər Bakıda verdiyi sözü tutan avstraliyalı deputata qarşı hücuma keçib

25 Noyabr 2015, 15:07

 

 

Luke Simpkins: “Avstraliya da işğal olunmuş Qarabağı heç vaxt bir dövlət olaraq tanımamalıdır"

Enes Cansevər: “Avstraliyalı millət vəkilinə təşəkkür məktubları yağdırmalıyıq”
Qərbi Avstraliya bölgəsinin millət vəkili və Avstraliya-Azərbaycan dostluq qrupunun üzvü Luke Simpikins Qarabağın işğalı məsələsini federal parlamentdə müzakirəyə çıxarıb.    Avstraliyalı deputat ermənilərin Azərbaycana aid topraqların yüzdə 20-sini işğal etdiyini, nəticədə yüz minlərlə azərbaycanlının yurdsuz-yuvasız qalaraq qaçqın və köçkün düşdüyünü bildirib. Millət vəkili beynəlxalq hüquq normalarına zidd olaraq Qarbağın hələ də işğal altında qaldığını vurğulayıb. Dostluq qrupunun üzvü bunları söyləyib: “20 ildən artıqdır ki, 1 milyondan artıq azərbaycanlı atalarının torpaqlarına gedə bilmir. Beynəlxalq hüquqa zidd olaraq işğal edilən Qarabağı Avstraliya da heç vaxt bir dövlət olaraq tanımamalıdır”.
Çıxışının davamında avstraliyalı deputat Kəlbəcərə, dədə-baba yurdlarına gedərkən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən də bəhs edib. “2014-cü ildə 3 Azərbaycan vətəndaşı öz torpaqları olan Qarabağa ziyarətə gedərkən Ermənistan hərbçiləri tərəfındən həbs edilib və işgəncəyə məruz qoyulub. Bu üç azərbaycanlıdan biri olan Həsən Həsənov öldürülüb. Digər iki nəfər isə hələ də həbsdədir. Bu məsələ ilə bağlı Avstraliya xarici işlər nazirini Ermənistana zəruri təzyiqləri göstərməsi ilə əlaqədar məlumatlandırmaq istərdim”-deyə, deputat bildirib.    Millət vəkili Luke Simpkinsin Federal Parlamentdə etdiyi çıxışdan sonra isə Sidneydəki erməni diasporu hərəkətə keçib. Bu barədə Musavat.com-a Türk diasporunun önəmli nümayəndələrindən biri, “Zaman-Avstraliya” qəzetinin baş redaktoru Enes Cansevər məlumat verib. Enes Cansevərin dediyinə görə, sosial media üzərindən adı çəkilən deputata yönəlik ağır həqarət mesajları ünvanlayan ermənilər çeşidli yollarla onun əleyhinə kampaniyalara start veriblər.  

Bu arada Türkiyə diaspora təşkilatı olan Avstraliya Türk Müdafiə İttifaqı (ATA-A) isə açıqlama ilə çıxış edib. Qurum Avstraliyadaki Türkiyə və Azərbaycan vətəndaşlarını millət vəkili Luke Simpkinsə dəstək vərməyə çağırıb. Məsələ ilə  bağlı “Zaman-Avstraliya” qəzetinə açıqlama verən ATA-A-nın baş katibi Günəş Güngördü, federal düzeydəki çalışmalarının davam etdiyini və federal deputatlarla danışıqlarda Qarabağ gerçəklərini anlatmağa davam edəcəklərini bildirib.

Güngördü artıq erməni diasporunun Avstraliyada istədiyi şəkildə at oynada bilmədiyini xatırladıb: “Qərbi Avstarliya deputatı Luke Simpkinsin federal parlamentə Qarabağ gerçəyini daşıması çox önəmli hadisədir. Bizlər də ATA-A olaraq, “soyqırım” iddaları barədə həqiqətlərini və Qarabağ gerçəklərini davamlı şəkildə, həm federal, həm də əyalət millət vəkillərinə çatdırırıq. Bundan sonra da bu işi davam etdirəcəyik. Keçən aylarda Avstraliya federal parlamentində millət vəkillərini tək- tək məlumatlandlrdıq. Məlumatlandırdığımız bəzı millət vəkilləri Azərbaycana getdilər. Gücümüzü bir araya gətirincə nəticəsi də yaxşı olur. İndi də hörmətli millət vəkilinin Qarabağ gerçəklərini federal parlamentdə dilə gətirmə cəsarətini və gerçəyini hər kəsə göstərdi. Burada istər Azərbaycan, istərsə də Türkiyənin vətəndaşlarını bu millət vəkilinə dəstək olmağa çağırıram. Çünki bu millət vəkilinin açıqlamalarından sonra erməni diasporu, media üzərindən çox çirkin hücumlara başlayıblar”.  

ATA-A idarə heyətinin üzvü olan Enes Cansevər isə Musavat.com-a açıqlamasında adı çəkilən millət vəkilinin dediklərini təqdirlə qarşıladığını deyib, hər kəsi Azərbaycanın dostuna dəstək olmağa çağırdı: “Qarabağın dərdi tək Azərbaycanın deyil, bizim hər birimizindir” deyən Cansevər əlavə etdi ki, məsələnin gündəmdə olması olduqca zəruridir: “ATA-A idarə heyətinin üzvləri olaraq davamlı şəkildə parlamentdəki millət vəkillərinə və siyasətçilərə Qarabağ gerçəklərini çatdırmaqda davam edirik. Yaxın zamana qədər Avstraliyada erməni diasporu istədiyi şəkildə at oynadırdı. Ancaq ardtıq qarşısında bizləri görür.

Vaxtilə onlar gündəm yaradırdı, biz onların ardınca insanları məlumatlandırmağa çalışırdıq. Amma artıq Türkiyə diasporu olaraq bizlər onların qarşısındayıq. Bunun da ən bariz nümunəsi, Avstraliya xarici  işlər naziri Julia Bişopun geçən ilin iyul ayında qondarma soyqırıma dair verdiyi rəsmi açıqlamadır. Hörmətli nazir rəsmi açıqlamasını özəl bir məktubda ifadə edərək, erməni diasporunun istər Qarabağ məsələsi, istərsə də “erməni soyqırımı” məsələləri ilə əlaqədar bütün gözləntilərini boşa çıxararaq onları ifşa etdi. Ona görə də bütün azərbaycanlıların avstraliyalı deputatın çıxışı əks olunmuş linki izləməyə və hörmətli Luke Simpkinsə təşəkkür mesajları göndərmələrini gözləyirik. Luke Simpkinsə təşəkkür mailləri yağdırmalıyıq. Bu, çox önəmli bir məsələdir. Çünki bu millət vəkilinə dəstək versək, Qarabağın, Xocalı qətliamlarının gerçəklərini Avstraliya xalqına və parlamentinə çatdırmağa davam edəcək”. 

  ****  

Qeyd edək ki, bu il oktyabrın sonlarında Luke Simpkinsin də daxil olduğu Avstraliya parlamentinin nümayəndə heyəti, Avstraliya-Azərbaycan dostluq qrupunun üzvləri Bakıya səfər etmişdi.

Azəbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyevin bu məsələdə böyük rolu olub.

Nümayəndə heyəti Azərbaycan jurnalistləri ilə də bir araya gəlmişdi. Görüşdə jurnalistlər Qarabağın on illərdir Ermənistanın işğalı altında qalması, həmçinin Kəlbəcər girovları ilə bağlı həqiqətləri deputatların diqqətinə çatdırmışdılar. “Yeni Müsavat”ın əməkdaşının görüşdə iştirak edən əməkdaşı isə işğal zonasının fərqləndirildiyi Azərbaycanın  xəritəsini, həmçinin Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin böyüdülmüş fotolarını da avstraliyalı deputatlara təqdim edərək, onları hazırda da işğal altındakı Şuşa şəhərində girov saxlanılan azərbaycanlıların azad olunması üçün Avstraliya dövlətinin də Ermənistana təsir göstərməsini xahiş etmişdi. Görüş iştirakçıları arasında olan əslən qarabağlı jurnalist həmkarlarımız da qonaqlara dəyərli bilgilər vermişdilər. Səfərin yekununda isə dostluq qrupunun üzvləri geri dönəndən sonra Avstraliya parlamentində məsələ qaldıracaqları barədə vəd vermişdilər…   Deputat Luke Simpkinsin parlamentdəki çıxışını buradan izləyə bilirsiniz:    

 

Azərbaycanın dostu olan millət  vəkilinin maili isə budur:  [email protected]   

 

Elşad PAŞASOY (musavat.com)  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi