Modern.az

Amerikalı general Türkiyəni İŞİD-lə əməkdaşlıqda ittiham etdi

Amerikalı general Türkiyəni İŞİD-lə əməkdaşlıqda ittiham etdi

Dünya

25 Noyabr 2015, 16:55

Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmaçı təyyarəsini vurması dünya siyasi dairələrinin və beynəlxalq KİV-lərin aparıcı mövzusudur.

Modern.az saytının verdiyi xəbərə görə, NATO-nun Avropadakı qüvvələrinin sabiq komandanı, istefada olan amerikalı general Uesli Klark Türkiyənin  "İslam dövləti" ilə (İŞİD) əlaqədə ola biləcəyini istisna etməyib.  

O, CNN-in efirində söyləyib ki, İŞİD-in mövcudluğu Türkiyənin maraqlarına müəyyən qədər cavab verir.  

“Bu, sünni təriqətinə məxsus terror qruplaşmasıdır. Onlar şiələrə hücum edirlər. Bu isə Türkiyənin və Səudiyyə Ərəbistanının maraqlarına xidmət edir”.  

Generalın sözlərinə görə, bütün bu vaxt ərzində belə təəssürat yaranıb ki, Türkiyə hansısa şəkildə İŞİD-i dəstəkləyir.  

“Onlar Türkiyə vasitəsi ilə İŞİD-ə getmək istəyənlərlə yaxşı rəftar edirdilər. Axı kimsə İŞİD-in satdığı nefti alır!”,-deyə o bildirib.  

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin verdiyi bəyanatda Türkiyənin addımını “arxadan vurulan zərbə” adlandırıb.   O həmçinin deyib ki, Rusiya Suriyada İŞİD-in tutduğu ərazilərdən Türkiyəyə neft daşınması barədə məlumata malikdir.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi