Modern.az

Türkiyə və Rusiyanın xarici işlər nazirləri görüşəcək

Türkiyə və Rusiyanın xarici işlər nazirləri görüşəcək

25 Noyabr 2015, 17:05


Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici diplomatiya idarəsinin mətbuat katibi Tanju Bilgiç məlumat verib:

“Rusiya tərəfinə təyyarənin vurulması ilə bağlı məlumatlar verilib. Diplomatik və hərbi kanallar yolu ilə informasiya mübadiləsinin davam etdirilməsi barədə qərar qəbul olunub. Hər iki nazir yaxın günlərdə görüşəcək”.

Bundan öncə, Sergey Lavrov Rusiya təyyarəsinin vurulması faktına görə türkiyəli həmkarının ona öz təəssüflərini çatdırdığını deyib.    

 

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi