Modern.az

İlham Əliyev Belarusa gedir

İlham Əliyev Belarusa gedir

25 Noyabr 2015, 18:06

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-28-də Belarusa səfər edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Belarus lideri Aleksandr Lukaşenko və Azərbaycanın dövlət başçısı İlham Əliyevin təkbətək və geniş tərkibdə görüşü, bir sıra beynəlxalq müqavilələrin imzalanması nəzərdə tutulub”.

Məlumatda bildirilir ki, İlham Əliyev Minskdə Qələbə parkına əklil qoyacaq və Belarus Dövlət Böyük Vətən Müharibəsi muzeyini ziyarət edəcək.

Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi