ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon açıb. Modern.az Musavat.com-a istinadən xəbər verir ki, təşəbbüs ABŞ xarici siyasət idarəsi başçısından gəlib. Məlumata görə, dövlət katibi Sergey Lavrovun timsalında Rusiya rəhbərliyini “Su-24” insidenti ilə bağlı Türkiyəyə qarşı təmkinli davranmağa çağırıb.
Qeyd edək ki, bundan qabaq ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Ankaraya dəstək vermiş, onun öz ərazi bütövlüyü və hava məkanını qorumaq hüququnun olduğunu bəyan eləmişdi.
Modern.az