Rusiya Suriyaya humanitar yardım aparan tırları bombalayıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Suriya-Türkiyə sərhədi yaxınlığında, Suriyanın Aziz qəsəbəsində qeydə alınıb.
Hava hücumu nəticəsində 7 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir. Humanitar yardımla dolu 20 tır yanaraq məhv olub.
Modern.az