Modern.az

İŞİD düşmənlərinin sayını AÇIQLADI – 60 ölkə

İŞİD düşmənlərinin sayını AÇIQLADI – 60 ölkə

Dünya

26 Noyabr 2015, 10:05

“İslam dövləti” (İŞİD) terror təşkilatının döyüşçüləri internetdə düşmənlərinin sayını açıqlayan videoçarx yayımlayıb.

Modern.az saytı Böyük Britaniyanin “The Mirror” nəşrinə istinadən xəbər verir ki, İŞİD-çilərin müraciəti ingilis, rus, fransız və türk dillərində yayılıb.  

Terror qruplaşması bəyan edib ki, ABŞ, Fransa, İsrail, Ukrayna, Moldova, İsveçrə, Malta daxil olmaqla 60 ölkə onların düşmənidir.

Lakin videorolikdə İŞİD düşmənlərinin hansı meyarlarla müəyyən edildiyini izah etməyib.

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi