Modern.az

Müxalifət lideri öldürüldü

Müxalifət lideri öldürüldü

Dünya

26 Noyabr 2015, 10:29

Venesuelada müxalifətdə olan “Demokratik hərəkat” partiyasının liderlərindən biri Luis Manuel Dias Quariko ştatında öldürülüb. Modern.az bildirir ki, bu haqda “Reuters”ə partiyanın baş katibi Enri Ramos məlumat verib.

Qətl Venesuelada dekabrın 6-da keçiriləcək parlament seçkiləri ərəfəsi seçicilərlə görüşdə baş verib. Luis Manuel Dias odlu silahla qətlə yetirilib.

Ramosun fikrincə, müxalifətçini avtomobildən açılan atəşlə öldürənlər Venesuelanın hakim Vahid Sosialist Partiyasının nümayəndələri ilə bağlı ola bilər.

“Demokratik hərəkat” Venesuelanın müxalif qüvvələrinin ittifaqı kimi tanınan “Demokratik birlik dəyirmi masası”na daxil olan ən böyük müxalifət partiyalarından biridir. Bu birlik ölkənin hakim Vahid Sosialist Partiyasına parlament seçkilərində əsas rəqib sayılır.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi