Modern.az

Putinlə Ərdoğan görüşməyəcək – RƏSMİ

Putinlə Ərdoğan görüşməyəcək – RƏSMİ

26 Noyabr 2015, 14:18


“Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın noyabrın 30-da Parisdə görüşü planlaşdırılmır”.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.  

“Parisdə hər hansı görüş danışılmayıb və planlaşdırılmır”,- deyə o jurnalistlərə bildirib.  

Qeyd edək ki, Türkiyənin sərhədlərinə daxil olan Rusiyanın Su-24 təyyarəsini vurmasından sonra hər iki ölkə arasında münasibətlər gərginləşib.  

Aytən ZƏHRA        

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi