Modern.az

TQDK-nın metodik vəsaitləri abituriyentləri, şagirdləri, müəllimləri risk qrupuna salır

TQDK-nın metodik vəsaitləri abituriyentləri, şagirdləri, müəllimləri risk qrupuna salır

26 Noyabr 2015, 17:00


Araşdırdığmız mövzunun bəhsini eşidən hər kəsin ağlına ilk gələn bir fikir olur: Biz uşaqlarımıza xoşbəxt və sağlam olmaları üçün təhsil veririk! Tələbə Qəbulu üzrə Dövlət Komissiyyasının (TQDK) bütün fənlər üzrə ayrı-ayrı yayımladığı test topluları əlimə keçdiyi zaman mənim də ağlıma ilk gələn bu fikir oldu. Bir həftə araşdırmadan sonra, nəhayət, təhsil aldığım Bakı Dövlət Universitetinin jurnalistikası fakültəsinə, kağız məhsullarının ziyanlarını auditoriyada dönə-dönə sadalayan müəllimlərimə üz tutdum. Və fakültəmizdə bu bir həftə ərzində mövzunu müzakirə etdiyim şəxslər də daxil, hər birimizin düşündüyü, amma dilimzə gətirmədiyimiz bu ilk fikir bir laborantın nitqində öz nidasını tapdı: Əlbəttə ki, düz edirsiniz, Könül xanım, biz uşaqlarımızı xoşbəxt və sağlam olmaları üçün oxuduruq!...

…Amma bir “amma”sı var bu məsələnin: Görəsən, gələcəyimizin xoşbəxtlik təməlini öz üzərinə götürməli olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu işin məsuliyyətindən xəbərdardırmı?! Fərqindəyəm, belə bir məsul qurumun ünvanına yönəldilmiş bu sual çox ağırdır. Bu ağır sual üçün əlimzidə tutarlı bir dəlil var ki, bu qədər cəsarətliyik: TQDK-nın qəzet kağızı üzərində yayımladığı, özlərinin təbiri ilə desək, “metodik vəsaitlər”…
Bu “metodik vəsaitlər” əlimizdə, az qala, döymədiyimiz qapı qalmadı. Nəhayət, “Anituriyent” jurnalı redaksiyasından aldığımız bir ifadə də çoxşaxəli mövzumuza yeni bir istiqamət açdı. Əlimizdəki vəsaitləri “dərs vəsaitləri” adlandırdığımız zaman redaksiyanın məsul şəxslərindən biri qüsurumuzu təshih etdi: “Bunlar metodik vəsaitlərdir.” Amma test toplusunun üz qabığını çevirib birbaşa bu qabığın arxa tərəfinə yazılmış göstəricilərə baxdı: “Vəsait abituriyentlər, orta məktəb şagirdləri, müəllimləri üçün nəzərdə tutulub”.
 Lap belə deyək ki, heç abituriyentlr və şagirdlər üçün deyil, yalnız müəllimlər üçün nəzərdə tutulsun, qəzet kağızından hazırlanmış çap məhsulunun birillik təyinatına hansı yazılmış qanun icazə verə bilər?!..

Özünü “Abituriyent” jurnalınının redaksiyasının məsul şəxsi kimi təqdim edən, adını çəkmədiyimiz nümayəndəsi iradlarıma, suallarıma və bu qanunsuz aktın təcili dayandırılması tələbimə bir təkliflə cavab verdi: “Biz yalnız sizin sözünüzə görə bu kitabları poliqrafik cəhətdən keyfiyyətsiz kimi qəbul edə bilmərik. Hələ bu gərək sübutunu tapa. Siz öz şikayətinizi bizə yazılı şəkildə təqdim edin, bizim kollegiya onu iclasında müzakirə edib bir rəy versin. Ondan sonra məsələnin həllinə baxmaq olar”.

İndi mənim iki sualım cəmiyyətimizin özünü ziyalı adlandıran hər bir üzvünədir:

1. Qəzet kağızında “metodik vəsait”in çapı onun keyfiyyətsizliyinin ilk göstəricisi deyilmi?
2. Göstərilən kitabların keyfiyyət göstəriciləri məgər TQDK-nın kollegiya iclasında təsdiq olunmayıbmı ki, indi biz onların özündən özlərinə şikayət etməliyik?!...

Hələ çox maraqlı suallar, suallardan daha çox maraqlı cavablar var qarşımızda. Darıxmayın, səbrlə oxuyun, necə ki mən bir həftədir bu sual-cavabları səbrlə izlədim və nəhayət, tək özümdə saxlaya bilmədim cəmiyyətimizin “sirli” yönlərini. Məsul şəxsə qəzet kağızının üzərində çap boyasının yaxşı oturmamağından bəhs edərkən mənə verdiyi cavab çox “maraqlı” sualdan ibarət oldu: “Siz niyə əlinizi kağıza sürtürsünüz ki?”. Çıldırarsınız, ya çıldırmazsınız?!... Özü də bu sualı verən “metodik vəsaitlər”in çapında məsul olan şəxslərdən biri olarsa, ay atam balası?!...

Hələ mən çoxunu yazmıram...

“Niyə bəs böylə bərəldirsən, a qare gözünü,
Yoxsa bu ayinədə əyri görürsən özünü?!..

... Əstəğfirullahh! Bunu sizə söyləmirəm, elə-belə yadıma düşdü... Gülə-gülə yazmaq üçün, oynaya-oynaya yazmaq üçün, necə ki bax beləcə o məsil şəxslər əsəblərimiz üzərində “Uzündərə” oynayırlar... Birnəfəsə oturub yazası olsam, çatlayacağımdan qorxub asta-asta, hərdən də sizə bir replika ataraq yazmaqdan başqa bir fənd tapa bilmədim, atam balası...

Gəlin sizə bir “sirr” açım. Əslində bu, mütəxəssislər üçün sirr deyil, amma gördüm ki, TQDK-nın “Abituriyent” jurnalı redaksiyasında sirr olaraq qalır. Məktəbli şagirdlər, abituriyentlər, müəllimlər üçün nəzərdə tutulan çap məhsullarının qarşısında xüsusi tələblər var ki, istisnasız hər kəs buna tabe olmaq məcburiyyətindədir. Dərsliklərin, dərs vəsaitlərinin, metodik vəsaitlərin çap materiallarının poliqrafik keyfiyyətinə laqeydlik istehlakçı hüquqlarını pozmaq və bilərəkdən sağlamlığa zərər vurmaq kimi cinayət adlandırıla bilməzmi?!... Görəsən, şagirdlər, abituriyentlər, müəllimlər üçün vəsait hazırlayan təhsil müəssisələrinin, nəşriyyat işçilərinin neçə faizi çap boyasının tərkibindəki insan sağlamlığı üçün ziyanlı kimyəvi maddələrdən (qurğuşun xromat, qurğuşun duzları, kobalt duzları, manqan duzları, qatranlar, asfalt)? Qəzet kağzının da sıxlığının az olması səbəbindən boyanı uzunmüddətli saxlamaq qabiliyyəti olmadığı üçün mütləq istifadə zamanı adı çəkilən zərərli kimyəvi maddələr dəriyə sirayət edəcəkdir. İstifadəçilərin də bu məhsillardan uzunmüddətli istifadəsi zamanı nəfəs yollarının zədələnməsi labüddür.

Normal halda qəzet kağızı 60 q/m olduğu halda, adı çəkilən vəsaitlərin kağızı 48,8 q/m təşkil etməsi və ən keyfiyyətsiz sellülozdan hazırlanması baxımından da şagirdlərin, abituriyentlərin, müəllimlərin istifadəsi üçün çox təhlükəlidir. Halbuki dərsliklərə, dərs vəsaitlərinin kağızının çəkisinə qoyulan tələbə görə, 100 q/m-dan aşağı olmamalıdır. Deyək ki, ən aşağı çəki ilə - 70-80 q/m-la belə vəsaitləri çap etmək yolveriləndir, bəs görəsən, kimə sərf edir o qədər keyfiyyətsizlik?...

Başqa bir məsələ də bu kitabların maya dəyəri və satış qiymətlərində istehlakçının hüququnu pozmasıdır. Test toplularının maya dəyəri müxtəlif nəşriyyatlara görə, maksimum 50 qəpik – 1 manat arasında dəyişə bilər. Amma satış qiyməti olaraq yazılıb: “5 manatdan artıq olmamalı”.   

Bu sadaladığımız hallara bayaqdan birtərəfli nəzər saldıq. Bu çap prosesinin digər qütbündə isə nəşriyyat durur. Gülməli deyilmi ki, “Şərq-Qərb” nəşriyyatının məsul şəxslərindən biri lap elə kollegiyasız-filansız, heç üzümü də görmədən, kimliyimi də araşdırmadan, lap elə telefon xəttindəcə mənə söz verib: “Bir daha belə bir çap məhsuluna imza atmayacağıq!”.

Könül AYDIN NƏHMƏTOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi