Modern.az

Ərdoğan Putinin təklifini rədd etdi: "Rusiyadan üzr istəməyəcəyik"

Ərdoğan Putinin təklifini rədd etdi: "Rusiyadan üzr istəməyəcəyik"

Dünya

26 Noyabr 2015, 19:00

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hava məkanını pozduğu üçün Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasına görə Putinin üzr istəmək təklifini rədd edib.

Modern.az saytı Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan "Rusiyadan üzr istəməyəcəyik" deyib.

Qeyd edək ki, Putin olayla bağlı son açıqlamasında “təyyarəmizin salınması beynəlxalq hüquqa zidd bir hadisə idi. Ankaradan da bu mövzuda hələ üst siyasi səviyyədə  üzrxahlıq eşitmədik. Eyni zamanda itkiləri kompensasiya etmə təklifi və günahkarları cəzalandırma sözü də eşitmədik" demişdi.

CNN International-a açıqlamasında Putinin "Türkiyə üzr istəsin" çağırışıyla əlaqədar suala cavabında Ərdoğan "üzr istəməsi lazım olan bir tərəf varsa biz deyilik. Hava sahəmizi pozuntu edənlər üzr istəsin. Rusiyadan üzr istəməyəcəyik" deyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi