ABŞ prezidenti Barak Obama öz xanımı və iki qızı ilə hər il ölkədə şükranlıq günü kimi qeyd edilən noyabrın 26-ı tarixində Vaşinqtonda evsizlər üçün mərkəzdə evsizlərə ənənəvi yemək paylanması aksiyasına qatılıb. Modern.az xəbər verir ki, ABŞ-ın birinci xanımı Mişel Obama twitterdə bununla bağlı fikirlərini bölüşüb: “Bugünkü gün – hər şeyimizə görə şükranlıq eləmək və başqalarına kömək əli uzatmaq üçün öz nemətlərimizi bölüşmək üçün bir xatırlatmadır”.
Modern.az