Modern.az

Həbs edilən MTN-çilərə yeni ittiham irəli sürüldü

Həbs edilən MTN-çilərə yeni ittiham irəli sürüldü

27 Noyabr 2015, 13:50


MTN-də bandit dəstəsi yaratmaq işi üzrə saxlanılan bütün şəxslərə qarşı yeni ittiham irəli sürülüb.  

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.  

İnformasiyaya görə, MTN-in həbs edilən 19 yüksək rütbəli əməkdaşına qarşı bu gün Cinayət Məcəlləsinin 217 (banditizm) və 218-ci (cinayətkar dəstə təşkil etmə) maddələri ilə yeni ittiham irəli sürülüb.

Bu maddələrlə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.  

Saytın  əvvəl də xəbər verdiyi kimi, MTN-in yüksək rütbəli əməkdaşlarından biri barədə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostlarından biri isə axtarışa verilib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi