Modern.az

SOCAR “Azəriqaz”la “Azəristiliktəchizat” arasındakı borc məsələsini həll etdi

SOCAR “Azəriqaz”la “Azəristiliktəchizat” arasındakı borc məsələsini həll etdi

İqtisadiyyat

27 Noyabr 2015, 16:51


Azərbaycan Respublikası Hökumətinin müvafiq göstərişinə əsasən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi həllini tapıb.

Modern.az saytı xəbər verir ki, bu barədə  SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Bununla əlaqədar “Azəriqaz” İB tərəfindən bu günün sonuna qədər “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.

Xatırladaq ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə olan 3 milyon manat borcunu ödəməməsi səbəbindən vətəndaşlar evlərdə, şagirdlər məktəbdə, azyaşlı uşaqlar bağçalarda istiliksiz qalmışdılar.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama