Vyetnam Sosialist Respublikasının parlamenti tərəfindən Cəza Qanununda edilən yeni dəyişikliyə görə 7 cinayət növü üçün verilən ölüm hökmü ləğv edilib.
Modern,az xarici KIV-ə istinadla xəbər verir ki, dəyişikliyə görə, ölkədə soyğunçuluq, narkotik vasitələrdən istifadə etmək, üzərində gəzdirmək, saxta qida məhsulu istehsalı və satışı həyata keçirmək, milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlı layihələrə maneçilik törətmək, düşmənə təslim olmaq və ictimai asayişi pozmaq kimi cinayətləri törədənlərə verilən edam cəzası ləğv olunub.
Qanundakı dəyişiklikdə həmçinin, vyetnamlı səlahiyyətli şəxsin xidməti vəzifədən sui-istifadə ilə bağlı aldığı ölüm cəzasının qeyri-qanuni yolla əldə etdiyi vəsaitlərin ən azı 75 faizini ödəmək şərti ilə ömürlük həbs cəzasına çevriləcəyi bildirilir. Bundan başqa, edam cəzasına məhkum edilən 75 və daha yuxarı yaşda olan şəxslərin bağışlanacağı da qeyd edilir.
Modern.az