Ölkə gündəmində Nardaranda baş verən hadisələr müzakirə olunur. Dünən Nardaranda baş verən silahlı insident zamanı ölən dindarların cənazəsi isə hələ ki, ailələrinə verilməyib. Yaralananlar isə 3 saylı Sabunçu Klinik Xəstəxanasında müalicə alırlar. Onların adı açıqlanmır.
Modern.az saytı xəbər verir ki, Nardaran agsaqqalı Kərbəlayi Natiq Kərimov Müsavat.com-a açıqlamasında dünyasını dəyişənlərdən ikisinin kənd sakini olduğunu bildirib. Qalan iki nəfərdən biri Masallı, digəri isə Yasamal sakini olub.
Modern.az