Modern.az

Əflatun Amaşovla Tahir Kərimli “parta yoldaşı” tapdı, Araz Əlizadə tək oturdu

Əflatun Amaşovla Tahir Kərimli “parta yoldaşı” tapdı, Araz Əlizadə tək oturdu

1 Dekabr 2015, 12:12

Beşinci çağırış Milli Məclis bu gün ilk plenar iclasına toplaşıb. Modern.az saytı xəbər verir ki, iclasda diqqət çəkən məqamlardan biri yeni deputatlardan kimin kimlə yanaşı əyləşməsi olub.

Xatırladaq ki, 1 noyabr seçkilərinin nəticələri əsasında Milli Məclisə 27 yeni deputat seçilib.

Gözdən yayınmayan faktlardan biri parlamentin yeni deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin iclas zalında tək oturması oldu.

Milli Məclisin digər yeni deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli isə özünə Fərəc Quliyevin yanında yer tapdı.

İki yeni deputat isə yanaşı əyləşdi – Elşən Musayev və Şahin İsmayılov.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun da kiminlə yanaşı oturacağı jurnalistlərin diqqətini çəkdi. Əflatun Amaşov özünə deputat Aqil Abbasın yanında yer elədi.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama