Modern.az

Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək

Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək

1 Dekabr 2015, 14:05

 

Dekabrın 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyası Bürosunun iclası keçiriləcək. İclasda Milli Məclisin deputatı Azay Quliyev iştirak edəcək.

MM-dən Modern.az-a verilən məlumata görə, tədbirdə Avropada miqrant və qaçqın böhranı, bununla bağlı ATƏT və ATƏT Parlament Assambleyası tərəfindən görülməsi mümkün olan tədbirlər barədə fikir mübadiləsi aparılacaq. İclasda həmçinin ATƏT PA-nın Baş katibi də məruzə edəcək, təşkilatın büdcəsi, növbəti illik sessiyaların gündəliyi və iclasların keçirilməsi tarixləri müzakirə olunacaq. Tədbirdə deputat Azay Quliyevin gündəlikdəki məsələlər barədə çıxışı da nəzərdə tutulub.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi