Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyəyə tətbiq olunacaq iqtisadi sanksiyalara bağlı fərmanı imzalayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, imzalanan fərmanda 2016-cı il yanvarın 1-dən etibarən Türkiyədən idxalı qadağan ediləcək kənd təsərrüfatı məhsulların siyahısı yer alır.