Modern.az

MSK iclas keçirib, daha bir neçə seçki müraciətinə baxılıb

MSK iclas keçirib, daha bir neçə seçki müraciətinə baxılıb

14 Noyabr 2010, 18:30

Noyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Müraciətlərdən 5-də tələb aydın olmadığından, 3-ü isə qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılıb, 1-i aidiyyəti üzrə araşdırılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilib, digərlərinin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib.
Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi