Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılan silah-sursat tapılıb. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, həmin ərazidən 1 ədəd nömrəsi silinən, qundağı kəsilən “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinən “Revolver” tipli tapança götürülüb.
Modern.az